Nazlı ana

Mərhəmət və sabaha qayğı ilə

“Nazlı Ana Xeyriyyə Təşkilatı" İctimai Birliyinin əsas missiyası aztəminatlı ailələrdən olan tələbə qızların təhsil imkanlarını genişləndirmək, xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial dəstək göstərməkdir. Biz bir ailə olaraq, sevgi və mərhəməti ön planda tutur və hər kəsə dəstək olmağa çalışırıq.

Nazlı ana

“Nazlı Ana” Xeyriyyə Təşkilatı tərəfindən “Nazlı Ana Təqaüd Proqramı”

Proqram çərçivəsində ölkənin ali təhsil müəssisələrində təhsil alan, aztəminatlı ailələrdən olan dörd qız tələbənin təhsil haqqı ödənişləri qarşılanıb.

Ana səhifə

Nazlı Ana Təqaüd Proqramı - 2

Nazlı Ana Təqaüd Proqramı - 2

“Nazlı Ana Təqaüd Proqramı 2” aztəminatlı ailələrdən olan və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbə qızların təhsil imkanlarının genişləndirilməsi üçün həyata keçirilən sosial layihədir.
Bayram sevincini birlikdə yaşadıq

Bayram sevincini birlikdə yaşadıq

“Nazlı Ana” Fondu komandası olaraq böyük qürur hissi ilə növbəti layihəmizi uğurla tamamladıq.
Xeyirxahlıq paylaşdıqca böyüyür

Xeyirxahlıq paylaşdıqca böyüyür

Nazlı Ana Fondu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qan xəstəliklərindən əziyyət çəkən uşaqları unutmadı.
2025-2026-cı tədris ili üçün tələbələrin seçimi başa çatdı

2025-2026-cı tədris ili üçün tələbələrin seçimi başa çatdı

Proqram ödənişli əsaslarla təhsil alan tələbə qızlara dəstəyi özündə ehtiva edir.

İanə üsulları

6
Tamamlanmış layihələrin sayı
20
Təqaüd qalibləri

Müraciət

Təhsil haqqı, tibbi yardım, layihələrə dəstək almaq üçün keçid edin.

Müraciət et
İlk layihəmizi uğurla həyata keçirdik

İlk layihəmizi uğurla həyata keçirdik

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkilatımız ilk layihəsini uğurla həyata keçirdi
Nazlı Ana Təqaüd Proqramı özümə olan inamımı daha da gücləndirən böyük bir dəstəkdir. Bu proqram sayəsində zəhmətimin və əziyyətimin qiymətləndirildiyini hiss etdim. O, mənə hədəflərimə daha əminliklə addımlamağa və gələcəyə daha böyük ümidlə baxmağıma gücü verdi. Qazandığım hər uğurda təşkilatın verdiyi mənəvi motivasiyanın xüsusi payı var.

Ağazadə Fatimə

Tələbə

Təhsilə göstərilən hər bir diqqət gələcəyə qoyulan sərmayədir. Nazlı Ana Fondu gənc qızların gələcəyə daha inamla baxmasına şərait yaradan təşkilatdır. Elmə, təhsilə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Muradova Pakizə

Tələbə

Oğlum Vüsal döyüşlərə könüllü olaraq getmişdi. O şəhid olduqdan sonra çox çətin günlər yaşadıq. Amma bizi ayaqda saxlayan dövlətimizin diqqət və qayğısı, sizin kimi insanların mənəvi dəstəyi, münasibəti oldu.

Salamova Gülçöhrə

şəhid anası

Mən sizə şəhid atası olaraq təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi yada salırsınız.

Kərimov Mais

şəhid atası

SandıqKATANAzemalBaku Medical PlazaSara logisticsTornado