Rəylər

Nazlı Ana Təqaüd Proqramı özümə olan inamımı daha da gücləndirən böyük bir dəstəkdir. Bu proqram sayəsində zəhmətimin və əziyyətimin qiymətləndirildiyini hiss etdim. O, mənə hədəflərimə daha əminliklə addımlamağa və gələcəyə daha böyük ümidlə baxmağıma gücü verdi. Qazandığım hər uğurda təşkilatın verdiyi mənəvi motivasiyanın xüsusi payı var.

Ağazadə Fatimə

Tələbə

Təhsilə göstərilən hər bir diqqət gələcəyə qoyulan sərmayədir. Nazlı Ana Fondu gənc qızların gələcəyə daha inamla baxmasına şərait yaradan təşkilatdır. Elmə, təhsilə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Muradova Pakizə

Tələbə

Oğlum Vüsal döyüşlərə könüllü olaraq getmişdi. O şəhid olduqdan sonra çox çətin günlər yaşadıq. Amma bizi ayaqda saxlayan dövlətimizin diqqət və qayğısı, sizin kimi insanların mənəvi dəstəyi, münasibəti oldu.

Salamova Gülçöhrə

şəhid anası

Mən sizə şəhid atası olaraq təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi yada salırsınız.

Kərimov Mais

şəhid atası