Layihələr

Xeyirxahlıq paylaşdıqca böyüyür

Xeyirxahlıq paylaşdıqca böyüyür

Nazlı Ana Fondu 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qan xəstəliklərindən əziyyət çəkən uşaqları unutmadı.

Respublika Qan Bankı və Fondun birgə təşkilatçılığı ilə xüsusi gün münasibətilə qanvermə aksiyası təşkil etdik. Sosial layihədə Nazlı Ana Fondu, Azera Holdinq və holdinqə daxil olan şirkətlərin əməkdaşları, ümumilikdə 300 nəfərdən çox əməkdaş fəal iştirak etdi. Toplanan qan ehtiyatları ilə talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək olmağa çalışdıq.