Məqsədimiz maddi çətinliklər səbəbindən təhsilini davam etdirməkdə çətinlik çəkən gənc qızlara dəstək olmaq, onların gələcək inkişafına töhfə verməkdir.
Hazırda 2026-2027-ci tədris ilinin payız semetri üçün hazırlanan “Nazlı Ana Təqaüd Proqramı 2”-yə müraciətlərin qəbulu davam edir. Proqrama qoşulmaq istəyənlər təşkilatın rəsmi veb səhifəsinin “Müraciət et”➡ “Təhsil haqqı üçün müraciət et” bölməsi vasitəsilə müraciət edə bilərlər. Seçim mərhələsini uğurla tamamlayan tələbə qızların təhsil haqqı “Nazlı Ana” Xeyriyyə Təşkilatı tərəfindən qarşılanacaq. Müraciət edən bütün tələbə qızlara uğurlar arzulayırıq.