Xəbərlər













01 / 14
“Nazlı Ana Təqaüd Proqramı-3” layihəsinin qaliblərinin təqdimatı keçirilib
Tədbirdə Xeyriyyə Təşkilatının təsisçisi və sədri Səbinə Nağıyeva çıxış edərək proqramın qaliblərini təbrik edib, onlara təhsil həyatında və akademik fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, artıq iki ildir Nazlı Ana Fondu tərəfindən təhsilə maraq göstərən, arzularına doğru inamla irəliləyən gənc qızların gələcək inkişafı üçün müxtəlif layihələr həyata keçirilir.
Xeyriyyə Təşkilatının icraçı direktoru Elnur Kələntərov, təqaüd proqramının gedişatı, müraciət və seçim mərhələləri, tələbə qızların təhsilə çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. Qeyd edib ki, 2026/2027-ci tədris ilinin payız semestri üçün nəzərdə tutulan “Nazlı Ana Təqaüd Proqramı”na ümumilikdə 104 müraciət daxil olub. Aparılan qiymətləndirmə və seçim prosesinin nəticələrinə əsasən, Bakı şəhəri ilə yanaşı regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan 28 tələbə qız proqramın qalibi seçilib.
Sonda “Nazlı Ana Təqaüd Proqramı-3” layihəsinin qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafına dəstək vermək, aztəminatlı və ehtiyacı olan insanlara təmənnasız yardım layihələrini həyata keçirmək, ali təhsil alan tələbə qızların təhsilə əlçatanlığının təmin etmək məqsədilə təsis olunmuş Nazlı Ana Xeyriyyə Təşkilatı 2024-cü ildən fəaliyyət göstərir.