Xəbərlər

Nazlı Ana Fondu Ümumdünya Qan Donoru Günündə təltif olundu
Ölkəmizdə xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məqsədilə fəaliyyətə başlayan “Nazlı Ana” Xeyriyyə Təşkilatı müxtəlif sosial layihələrlə yanaşı, könüllü qan donorluğunun təşviqi istiqamətində həyata keçirilən aksiyalarda fəal iştirak edir.
Səhiyyə Nazirliyinin Respublika Qan Bankı tərəfindən Ümumdünya Qan Donoru Günü münasibətilə təşkil olunan təltifetmə mərasimində qan donorluğunun inkişafına töhfə verən qurum və şəxslər mükafatla təltif edilib. Tədbirdə “Nazlı Ana” Xeyriyyə Təşkilatı könüllü qan donorluğunun təşviqi, cəmiyyət sağlamlığına həssas yanaşması və bu sahədə həyata keçirdiyi sosial təşəbbüslərə görə xüsusi mükafata layiq görülüb.
Qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nazlı Ana Fondunun təşkilatçılığı, Respublika Qan Bankı və “Azera Holdinq”in birgə iştirakı ilə genişmiqyaslı qanvermə aksiyası keçirilib. Talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə keçirilən aksiyada Fondun və Holdinqin rəhbər heyəti və 300 nəfərdən çox əməkdaş iştirak edib.