Xəbərlər

Nazlı Ana Fondu sosial aksiyalar həyata keçirdi
01 / 08

Nazlı Ana Fondu sosial aksiyalar həyata keçirdi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Qan Bankı ilə birlikdə təşkil olunan aksiyada Fondun əməkdaşları, Azera Holdinqin rəhbər heyəti və holdinqə daxil olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində toplanan qan nümunələri talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunacaq.
Həmçinin "Nazlı Ana" Xeyriyyə Təşkilatı tərəfindən Uşaq Sığınacağı - Reinteqrasiya Mərkəzində yaşayan 15 azyaşlının tibbi müayinələri həyata keçirilib. “Baku Medical Plaza” Klinikalar Şəbəkəsinin Mərkəz filialının peşəkar komandası tərəfindən uşaqların sağlamlıq vəziyyəti analiz edilib. Müayinələr zamanı klinikanın pediatr, ginekoloq, radioloq və kardioloq həkimləri tərəfindən azyaşlıların sağlam inkişafı ilə bağlı tövsiyələr verilib.
 "Nazlı Ana" Xeyriyyə Təşkilatının komandası 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar İsmayıllı rayonu Tağlabiyan kəndində yerləşən Rəfail Məmmədov adına orta ümumtəhsil məktəbin şagirdlərini də ziyarət edib. Səfər zamanı məktəblilərlə səmimi görüş keçirilib və onlara məktəb ləvazimatları təqdim olunub. Həmçinin şagirdlərin Baku Medical Plaza Babək filialının peşəkar həkim heyəti tərəfindən tibbi müayinələri aparılıb.