Xəbərlər








01 / 09
Bir bayram, bir ümid, bir səmimi görüş
Ölkəmizdə tələbə qızların təhsilinə və sosial inkişafına dəstək olan Fond tərəfindən “Nazlı Ana Təqaüd Proqramı”nın qaliblərinə bayram sovqatları paylanıb. Fondun əməkdaşları Bakı şəhəri ilə yanaşı Gəncə, Mingəçevir, Quba, Oğuz və Ağdaş rayonlarında yaşayan tələbə qızlarla görüşərək, onları birlik və paylaşmaq rəmzi olan Qurban Bayramı münasibətilə təbrik edib, təhsil fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, 2024-cü ildən fəaliyyət göstərən “Nazlı Ana” Xeyriyyə Təşkilatın əsas istiqaməti sosial-iqtisadi baxımdan həssas ailələrdən olan tələbə qızların akademik inkişafına dəstək olmaq, eyni zamanda cəmiyyətin diqqətini bu istiqamətdə təşkil edilən layihələrdə iştiraka yönəltməkdir.
Nazlı Ana - Mərhəmət və sabaha qayğı ilə.