Xəbərlər






01 / 07
“Nazlı Ana” Təqaüd Proqramı qaliblərinin təqimat mərasimi keçirilib
Ötən ildən başlayaraq təşkilat tərəfindən gənc qızların təhsilə əlçatanlığını təmin etmək üçün “Nazlı Ana” Təqaüd Proqramı təsis edilib. Təqaüd Proqramına növbəti qəbul 2025-2026-cı tədris ilinin yaz semestri üzrə həyata keçirilib. Seçim prosesinin nəticələrinə əsasən Bakı, Sumqayıt, Mingəçevir və Gəncə şəhərlərində yerləşən ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 16 tələbə qız “Nazlı Ana” Təqaüd Proqramının qalibi adına layiq görülüb.
Layihə çərçivəsində “Nazlı Ana” Təqaüd Proqramının qalibləri ilə görüş keçirilib. Təqdimat mərasimi sevinc, qürur və ümid dolu anlarla yadda qalıb. Tədbirdə “Nazlı Ana” Xeyriyyə Təşkilatının təsisçisi və sədri Səbinə Nağıyeva proqramın gənc qızların gələcək inkişafı və hədəflərinə doğru inamla irəliləməsinə mühüm töhfə verəcəyini bildirib. O, qalibləri təbrik edərək akademik fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda “Nazlı Ana” Təqaüd Proqramının qaliblərinə sertifikatlar və hədiyyələr təqdim edilib.