Xəbərlər

 “Nazlı Ana” Xeyriyyə Təşkilatı ilə BANM arasında Anlaşma Memorandumu imzalanıb
01 / 07

“Nazlı Ana” Xeyriyyə Təşkilatı ilə BANM arasında Anlaşma Memorandumu imzalanıb

“Nazlı Ana” Xeyriyyə Təşkilatı ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. 
Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq, təhsil müəssisəsinin fəaliyyəti və akademik nailiyyətləri barədə məlumat verib. 
Xeyriyyə Təşkilatı tərəfindən təsis olunan “Nazlı Ana Təqaüd Proqramı”nın ali məktəbdə təhsil alan tələbə qızların sosial rifahının gücləndirilməsi və təhsilin əlçatanlığının artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edən Akif Əliyev bu təşəbbüslərin gənclərin inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb. 
Görüşdə “Nazlı Ana” Xeyriyyə Təşkilatının icraçı direktoru Elnur Kələntərov bildirib ki, “Nazlı Ana Təqaüd Proqramı”nın əsas məqsədi sosial-iqtisadi baxımdan həssas ailələrdən olan tələbə qızların akademik inkişafına dəstək olmaqdır. 
Memorandum çərçivəsində “Nazlı Ana Təqaüd Proqramı”nın qalibi, Bakı Ali Neft Məktəbinin III kurs tələbəsi Nəzrin Sadıqova ilə Tələbə Təhsili üzrə üçtərəfli müqavilə imzalanıb. Müqaviləyə əsasən tələbənin 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil haqqı ödənişi təmin edilib.