Xəbərlər

“Nazlı Ana” Xeyriyyə Təşkilatı ADPU-nun Quba filialı ilə əməkdaşlığa başladı
01 / 05

“Nazlı Ana” Xeyriyyə Təşkilatı ADPU-nun Quba filialı ilə əməkdaşlığa başladı

“Nazlı Ana” Xeyriyyə Təşkilatı həssas təbəqədən olan qızların akademik inkişafını təşviq etmək, onların cəmiyyətə fəal inteqrasiyasını dəstəkləmək, aztəminatlı ailələrdən olan tələbə qızların təhsil haqlarının  maliyyələşdirilməsi məqsədilə “Nazlı Ana Təqaüd Proqramı” layihəsinə start verib.

Layihə çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan qızlara dəstək göstərilir. Bu təşəbbüslə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil alan iki tələbənin 2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil haqqı ödənişi təmin edilib.

“Nazlı Ana” Xeyriyyə Təşkilatı bundan sonra da müxtəlif sosial məsuliyyət layihələri həyata keçirərək cəmiyyətin həssas qruplarının rifahına, xüsusilə tələbə qızların təhsil imkanlarının genişləndirilməsinə töhfə verməyi planlaşdırır.