Nazlı Ana Təqaüd Proqramına müraciət üçün uyğunluq tələbləri:
* Azərbaycan Respublikasının vətəndaşı olmaq
* Ödənişli əsaslarla, əyani təhsilalma formasında bakalavriat səviyyəsində İnformasiya texnologiyaları (IT), tibb və səhiyyə, marketinq və aqrar istiqamətləri üzrə təhsil almaq
Seçim prosesi:
Təqaüdçülər Nazlı Ana Xeyriyyə Təşkilatının xüsusi komissiyası tərəfindən seçiləcək. Ərizələr həm ehtiyac, həm də göstərilən motivasiya (təhsil məqsədləri, gələcək planları, ictimai fəallıq) baxımından qiymətləndiriləcək.
Seçim prosesinin mərhələləri:
1. Ərizə formalarının qəbulu
2. Qəbul Komissiyası tərəfindən ərizələrin qiymətləndirilməsi
3. Canlı müsahibələr
4. Yekun qərarların verilməsi
MÜRACİƏT ET