
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Nazlı Ana" Xeyriyyə Təşkilatı və Baku Medical Plaza klinikalar şəbəkəsi tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı uşaq evində bayram şənliyi təşkil olunub. Tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, musiqili-əyləncəli proqram təqdim olunub. Tədbir çərçivəsində internat məktəbinin şagirdləri Baku Medical Plaza Klinikalar şəbəkəsinin həkim mütəxəssisləri tərəfindən müayinə olunublar. "Nazlı Ana" Xeyriyyə Təşkilatı tərəfindən bu qəbildən olan tədbirlər mütəmadi həyata keçirilir.




2024-cü ildə yaradılan "Nazlı Ana" Xeyriyyə Təşkilatı təhsilə çıxışı məhdud olan gənclərə, əsasən də qızlara dəstək göstərir, eyni zamanda, ağır xəstəliklə üzləşən və müalicəyə ehtiyacı olan insanlara yardım layihələri həyata keçirir. Fondun xeyriyyə tədbirlərinə ianə etmək istəyən vətəndaşlar və korporativ müştərilər ianəni buradan edə bilərlər.
Nazlı Ana - Mərhəmət və sabaha qayğı ilə.