Layihələr

2025-2026-cı tədris ili üçün tələbələrin seçimi başa çatdı

2025-2026-cı tədris ili üçün tələbələrin seçimi başa çatdı

Proqram ödənişli əsaslarla təhsil alan tələbə qızlara dəstəyi özündə ehtiva edir.

“Nazlı Ana Xeyriyyə Təşkilatı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Nazlı Ana” Təqaüd Proqramının 2025-2026-cı tədris ilinin payız semestrindən etibarən icrasına başlanılıb.
Proqramın 2025-ci ildə ilkin mərhələsində Şəhla Qarayeva Təqaüd Proqramı ilə birgə əməkdaşlıq çərçivəsində 169 müraciət qeydə alınıb. Təşkilatın daxili prosedur qaydaları və qiymətləndirmə meyarlarına uyğun olaraq,  4 namizəd seçilərək illik təhsil haqqı ödənişləri Təşkilat tərəfindən maliyyələşdirilib. 
2025-2026-cı tədris ilinin yaz semestri üzrə müraciətlərin qəbulu isə Təşkilatın vahid elektron müraciət sistemi vasitəsilə həyata keçirilib. Daxil olan 157 müraciət müvafiq komissiya tərəfindən qiymətləndirilib. Nəticədə 16 qız tələbə təqaüd qazanmaq hüququ əldə edib. 
Qeyd edək ki, proqram çərçivəsində müraciətlərin qəbulu hər yeni tədris ilinin payız və yaz semestrləri üzrə Təşkilatın rəsmi veb səhifəsinin “Müraciət et”➡ “Təhsil haqqı üçün müraciət et” bölməsi vasitəsilə həyata keçiriləcəkdir.