Tədbir çərçivəsində hər bir ailəyə bayram sovqatı təqdim olunub. Tədbirdə "Nazlı Ana" Xeyriyyə Təşkilatının fəaliyyəti, həyata keçirilmiş layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2024-cü ildə yaradılan təşkilat təhsilə çıxışı məhdud olan gənclərə, əsasən də qızlara dəstək göstərir, eyni zamanda, ağır xəstəliklə üzləşən və müalicəyə ehtiyacı olan insanlara yardım layihələri həyata keçirir. Məqsədimiz aztəminatlı ailələrə birlikdə dəstək göstərmək, onların həyat şəraitini yaxşılaşdırmaq, cəmiyyətin diqqətini bu qəbildən olan insanlara yönəltməkdir.
Təşkilatın xeyriyyə tədbirlərinə ianə etmək istəyən vətəndaşlar və korporativ müştərilər ianəni buradan edə bilərlər.
Nazlı Ana - Mərhəmət və sabaha qayğı ilə.