Kartla

10 ₼
25 ₼
50 ₼
75 ₼
100 ₼

Mənim ianəm necə və hara sərf olunur?

Sizin ianəniz aztəminatlı əhali qrupunun sosial müdafiə, təhsil, məşğulluq məsələlərinin təminatı istiqamətində maddi və mənəvi dəstək tədbirlərinin təşkilinə sərf edilir.

Toplanan hər bir ianə şəffaf şəkildə aşağıda qeyd olunan sahələrə xərclənir:

  • Təhsilə dəstək: Ehtiyacı olan şəxslərin təhsilinin davam etdirilməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına (qızların ali təhsil almaları, məktəblilərə və abituriyentlərə dəstək və s.) maddi yardım edirik.
  • Tibbi dəstək: Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərin dərman vasitələrinin təminatı, ağır xəstəliklərə düçar olan kimsəsiz və imkansız insanlara tibbi dəstək tədbirlərinin təşkili üçün maddi və mənəvi köməklik göstəririk.

Siz də ianə edərək insanların həyatını müsbətə dəyişin. İnsanların taleyində unudulmaz yaxşılığın səbəbkarı olun.

Nə üçün ianə etməliyəm?

İanə etmək yalnız maddi dəstək göstərmək deyil, həm də insanlara olan sevgi və mərhəməti bölüşməkdir. Siz aztəminatlı ailələrin, kimsəsizlərin, köməyə ehtiyacı olan insanların sosial müdafiəsinə maddi və mənəvi yardım göstərməklə sağlam gələcəyin qurulmasına töhfə verirsiniz.

  • Kiçik ianələr insanların həyatını xilas edir: Köməyə ehtiyacı olan ailələrə, uşaqlara və xəstələrə göstərilən hər bir diqqət insanların sabaha, yaşamağa olan ümidini artırır. İanənin məbləği önəmli deyil, vacib olan nəcib missiyaya dəstək verən insanların sayının artmasıdır.
  • Xeyirxahlıq paylaşdıqca çoxalır: Xeyirxahlıq ətrafımızdakılara qarşı diqqət, qayğı və təmənnasız sevginin göstəricisidir. Yardım etmək, mərhəmət göstərmək başqalarının ağrısını daxilən hiss etməkdir.
  • Təhsilə dəstək vermək: Savadlı gənclər sabaha olan ümidlərimizdir. Gələcəkdə uğur sahibi olmaq istəyən gənclərimizin təhsilə çıxış imkanlarını genişləndirməyə, bilik və bacarıqlarının inkişafına dəstək göstərməyə çalışırıq. Biz ehtiyacı olan insanlara birdəfəlik yardımlardan daha çox genişmiqyaslı layihələrə üstünlük veririk.
  • Şəffaflıq əsas prinsipimizdir: Sizin ianəniz bizim üçün çox önəmlidir. Toplanan ianələr nəticəsində həyata keçirilən xeyriyyə işləri hər ay təqdim etdiyimiz hesabatda əks olunur. Əldə olunan vəsaitlərin hara və necə xərcləndiyini sizinlə şəffaf şəkildə bölüşürük.