Xeyriyyə Təşkilatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 28 dekabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Məqsədimiz ölkəmizdə xeyriyyəçilik ənənələrinin inkişafına nail olmaq, aztəminatlı və ehtiyacı olan insanlara təmənnasız yardım göstərməkdir. Fəaliyyət sahələrimiz əsasən təhsil, səhiyyə və sosial yardım proqramlarını əhatə edir. Bu istiqamətdə həyata keçirdiyimiz layihələr ehtiyacı olan insanların həyat keyfiyyətini artırmağa yönəlib.
Sədr təşkilatın əsas sütunu və vizioner lideri olaraq, xeyriyyə fəaliyyətinin davamlı və səmərəli şəkildə aparılmasını nəzarətdə saxlayır. Onun rolu yalnız maliyyə və idarəetmə ilə məhdudlaşmır, həm də cəmiyyətin rifahına töhfə vermək üçün strateji və yaradıcı yanaşmaların tətbiq edilməsini nəzarətdə saxlayır, Təşkilatın qısa və uzunmüddətli strateji hədəflərini müəyyən edir və həyata keçirilməsini nəzarətdə saxlayır.
Üzvlərin sayı tək olmaqla maksimum 7 nəfərdən ibrarətdir və üzvlük hər 3 ildən bir yenilənir. Məşvərət şurası yeni istiqamətlər və təkliflərə münasibət bildirmək, icraçı direktorun layihə təkliflərini və fəaliyyət proqramını təsdiq etmək, Təşkilatın nizamnaməsinə dəyişiklər edilməsinə münasibət bildirmək səlahiyyətinə malikdir.
İcra aparatına rəhbərliyi həyata keçirir. İcraçı direktor tabeliyində olan departamentlərin fəaliyyətini tənzimləyir, təşkilatın qanuni fəaliyyət göstərməsini təmin edir, layihələrin icra olunmasını və strateji hədəflərin reallaşdırılmasını nəzarətdə saxlayır. İdarə heyətinin üzvüdür.
Nəzarət-Təftiş qrupunun üzvləri Sədr tərəfindən seçilir və Birliyin Nizamnaməsinə əməl olunmasına, maliyyə vəsaitinin Birliyin məqsəd vəzifələrinə uyğun xərclənməsinə nəzarət edir. Nəzarət-Təftiş qrupu həyata keçirdiyi fəaliyyətlə bağlı olaraq Sədrə və İcraçı direktora aylıq hesabat təqdim edir.
Birliyin üzvləri fəxri, korporativ və sadə üzvlər olaraq üç hissəyə ayrılır. Fəxri və korporativ üzvlər hər il Birlik tərəfindən müəyyən edilmiş miqdarda ianəni Birliyin hesabına köçürürlər. Könüllü şəkildə müxtəlif komissiyalarda (Təhsil komissiyası, Səhiyyə komissiyası, Sosial komissiya, Mühasibatlıq və hüquqi yardım komissiyası və s.) fəaliyyət göstərə bilirlər.