FAQ

"Nazlı Ana Xeyriyyə Təşkilatı" İctimai Birliyi nə vaxt və hansı məqsədlə yaradılıb?

"Nazlı Ana Xeyriyyə Təşkilatı" İctimai Birliyi 2024-cü il 28 dekabrda yaradılıb. Məqsədimiz təhsilə çıxışı məhdud olan qızlara dəstək göstərmək, əsasən təqaüd proqramları, təhsil haqlarıının ödənilməsi kimi layihələri maliyyələşdirməkdir. Eyni zamanda, ağır xəstəliklə üzləşən və müalicəyə ehtiyacı olan insanlara yardım da fəaliyyətimizə daxildir. Missiyamız xeyriyyəçilik ənənələrini inkişaf etdirmək, bu nəcib layihələrdə daha çox insanın iştirakına nail olmaqdır.

Təşkilatın fəaliyyətində şəffaflıq prinsipləri necə qorunur?

Təşkilatımızda bir neçə müstəqil komissiyalar mövcuddur. Hər yığılan ianənin, hər xərclənən manatın ciddi hesabatı aparılır. Maliyyələşdirilən layihələr barədə hesabatlar müntəzəm olaraq saytımızda dərc edilir, məlumatlar üzvlərimizə göndərilir. Vəsaitlərin hara xərcləndiyi barədə məlumat müstəqil daimi üzvlərdən ibarət Müşahidə Şurasına təqdim edilir. İanə edən istənilən üzvlərin bu məlumatlara əlçatanlığı təmin olunur.

Xeyriyyə Təşkilatına necə ianə edə bilərəm?

İanə etmək üçün aşağıdakı vasitələrlə ödəniş edə bilərsiniz:

• MilliÖn ödəniş terminalları
• Bank hesabına köçürmə
• Sayt üzərindən elektron qaydada ödəniş
• Sayt vasitəsilə hədiyyə kuponları

Xeyriyyə Təşkilatı beynəlxalq yardım kampaniyalarına dəstək olurmu?

Xeyr, təşkilatımız yalnız ölkə daxilində yardıma ehtiyacı olan insanlara kömək etmək məqsədilə sosial yardım layihələri həyata keçirir.

Yardıma ehtiyacı olanları necə seçirsiniz?

Yardımların təsirli, effektiv və şəffaf olmasını təmin etmək üçün hər bir yardım proqramımız dəqiq müəyyən edilmiş seçim kriteriyalarına malikdir. Sayt üzərindən "Müraciət et" bölməsi məhz bu məqsədlə yaradılıb. Elektron müraciət qəbul edildikdən sonra Təşkilatın Müşahidə Şurası tərəfindən qərar verilir. Bu barədə hər bir müraciət edən şəxsə məlumat göndərilir. Ehtiyac yarandığı halda müraciət etmiş şəxslər və ailə üzvləri ilə görüşlər təşkil edilir.

Təşkilatın komissiyalarına necə üzv ola bilərəm?

Komissiyalar bir neçə istiqamət üzrə fəaliyyət göstərir. Təşkilatın daimi üzvləri onların fəaliyyət istiqamətlərinə uyğun olan Təhsil, Səhiyyə, Sosial məsələlər, Maliyyə və hüquqi yardım komissiyalarında ictimai əsaslarla çalışırlar. Təşkilatımızın dəstək layihələrində mütəmadi iştirak edən insanlar və şirkətlər daimi və korporativ üzvlüyə dəvət alırlar. Dəvəti qəbul etdikləri təqdirdə könüllü olaraq komissiyalarda da fəaliyyət göstərirlər.

Sosial mediada sizi necə tapa bilərəm?

Fəaliyyətimizi facebook, instagram sosial şəbəkəsi, youtube platforması və rəsmi saytımız üzərindən izləyə və layihələrimizə dəstək ola bilərsiniz.